Ru
11:00 / 31 Mart 2023

Fransada etirazlar: polis zorakılığına qarşı nümayiş keçirildi

Fransada etirazlar: polis zorakılığına qarşı nümayiş keçirildi
Eye

Fransada süni su hövzələrinə qarşı keçirilən nümayişdə ekoloqların yaralanmasından sonra ölkənin müxtəlif şəhərlərində polis zorakılığına aksiya təşkil edilib.

Bakupost.az xəbər verir ki, Paris, Lion, Nant və Lill kimi şəhərlərdə minlərlə insan küçələrə axışıb.

Paris və Lionda keçirilən nümayişdə polislə aksiyaçılar arasında gərgin anlar yaşanıb.

Parisdə 7, Lionda isə ən azı 2 nümayişçi saxlanılıb.

Qeyd edək ki, martın 25-də minlərlə ekoloq regionda 16 süni su hövzəsinin tikintisinə etiraz olaraq Deux-Sevr əyalətinin Sen-Soline kəndində nümayiş keçirib.

Rəsmi mənbələr, polisin sərt müdaxilə etdiyi nümayişlərdə 28 polis işçisi və 7 aksiya iştirakçısının yaralandığını bildirib.

Təşkilatçılar isə 200-ə yaxın nümayişçinin yaralandığını iddia edib.

Aynur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar