Ru
09:43 / 04 İyun 2025

Futbolda penalti ilə bağlı YENİLİK

Futbolda penalti ilə bağlı YENİLİK
Eye

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) 11 metrlik cərimə zərbələri ilə bağlı qaydada dəyişiklik edildiyini açıqlayıb.

Bakupost.az IFAB-ın rəsmi saytına istinadən xəbər verir ki, yeniliyə əsasən, zərbə zamanı top oyunçunun digər ayağına, eləcə də həmin ayağın digər nahiyələrinə dəyərsə, penalti təkrarlanacaq.

Qərar bu il iyulun 1-dən etibarən qüvvəyə minəcək. Lakin yeniliyin həmin tarixdən əvvəlki matçlarda sınaqdan keçiriləcəyi də istisna edilmir.

Qeyd edək ki, əvvəlki qaydaya görə, zərbə zamanı top futbolçunun digər ayağına da dəydiyi təqdirdə qol ləğv olunurdu. Son belə hadisə İspaniyanın "Atletiko Madrid" komandasının hücumçusu Xulian Alvaresin başına gəlmişdi. Argentinalı forvardın UEFA Çempionlar Liqasında "Real Madrid"lə matçda penaltidən vurduğu qol eyni səbəbdən qeydə alınmamışdı.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar