Ru
12:13 / 29 May 2025

Gələcəyin ixtisasları: Hansı sahələrə tələbat artacaq?

Gələcəyin ixtisasları:  Hansı sahələrə tələbat artacaq?
Eye

Müasir dövrün əmək bazarı dinamik dəyişikliklərlə diqqəti cəlb edir. Bir çox ənənəvi peşələr aktuallığını itirir və sıradan çıxır, əvəzində yeni, daha perspektivli ixtisaslar yaranır.

Bu səbəbdən yaxın gələcəkdə əmək bazarında hansı ixtisasların üstünlük təşkil edəcəyi bir çoxlarını düşündürür. Tez-tez bu məsələ elmi çevrələrdə də geniş müzakirə olunur. Texnologiyanın sürətli inkişafı, süni intellektin, biotexnologiyanın, alternativ enerjinin və kibertəhlükəsizliyin həyatımızdakı rolu, təhsildə yeni istiqamətləri qaçılmaz edir.

Ekspertlər nə deyir?

Azərbaycanlı təhsil mütəxəssislərinin fikrincə, hazırkı ali məktəb proqramlarının bir qismi yaxın illərdə əmək bazarının tələblərinə cavab verməyəcək. Onlar hesab edirlər ki, yaxın gələcəkdə ölkədə aşağıdakı ixtisaslara böyük tələbat olacaq:
- Kibertəhlükəsizlik və informasiya mühafizəsi
- Biotexnologiya və genetika mühəndisliyi
- Alternativ enerji və dayanıqlı inkişaf texnologiyaları
- Virtual reallıq və oyun dizaynı
- Süni intellekt və maşın öyrənməsi mühəndisliyi
- 3D çap və texniki dizayn ixtisasları

Mütəxəssislər bildirir ki, bu sahələr üzrə ixtisaslı kadr çatışmazlığı artıq qlobal problemdir və Azərbaycan bu trendləri vaxtında qarşılamalıdır.

Təhsil sistemi bu dəyişikliklərə hazırdırmı?

Hazırda Azərbaycan ali məktəblərində ən ciddi problemlərdən biri ənənəvi ixtisasların dominant olmasıdır. Universitetlərdə yeni ixtisasların açılması və tədrisin müasir tələblərə uyğun qurulması prosesi ləng gedir. Onların əksəroyyətoində müasir texnoloji ixtisaslar üzrə laboratoriyalar ya yoxdur, ya da köhnədir. Bu səbəbdən mütəxəssislər Dövlət Proqramı çərçivəsində “Yüksək Texnologiyalar üzrə ixtisaslaşmış universitet” modelinin yaradılmasını təklif edirlər.

Məktəbdən başlamalıyıq!

Bəzi ekspertlər isə gələcəyin ixtisasları üzrə kadrların hazırlanmasına orta məktəbdən başlamağın vacibliyini vurğulayırlar. Obnlar hesqab edirlər ki, texnoloji ixtisaslara maraq məktəb dövründə formalaşmalıdır. Bunun üçün isə STEM mərkəzləri yaradılmalı, proqramlaşdırma və robototexnika dərsləri orta məktəb səviyyəsində tədris edilməli, qızların texniki ixtisaslara yönləndirilməsi təşviq olunmalıdır.

Beləliklə, əmək bazarı sürətlə dəyişir. Sabahın peşələrinə hazır olmaq üçün bu gün təhsil sistemimizi yenidən qurmalıyıq. Gələcəyin ixtisaslarına uyğun tədris infrastrukturu və müəllim resursları yaratmaq milli inkişaf strategiyamızın əsas hədəflərindən biri olmalıdır.

Ayxan,
BakuPost



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar