Ru
23:17 / 12 İyul 2025

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü
Eye

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.

Bakupost.az xəbər verir ki, 1958-ci il təvəllüdlü şəhər sakini Şəfaət Musayev bu gün səhər saatlarında Bakıdakı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində dünyasını dəyişib. O, hadisə zamanı aldığı ağır yanıq xəsarətləri səbəbindən paytaxta təxliyə olunmuşdu.

Xatırladaq ki, hadisə iyulun 4-də Gəncənin Nizami Gəncəvi prospektində yerləşən fərdi yaşayış evlərinin birində baş verib. Partlayışla müşayiət olunan yanğın zamanı ev sahibi - Ş.Musayev ciddi yanıq xəsarətləri alaraq əvvəlcə Gəncə şəhərindəki xəstəxanaya yerləşdirilmiş, daha sonra isə vəziyyətinin ağır olması səbəbi ilə Bakıya aparılmışdı.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar