Ru
11:16 / 24 İyun 2022

General İqbal Babayev təltif edildi - FOTO

17776

Dövlət Gömrük Komitəsinin sədr müavini, general İqbal Babayev təltif edilib.



Bakupost.az xəbər verir ki, bu barədə generalın özü məlumat paylaşıb.


Bildirib ki, Ukraynanın Gömrük işi və Maliyyə Universitetinin 2022-ci il iyun ayının Elmi Şurasının qərarı ilə Gömrük Universitetləri Assosiasiyasının prezidenti, Avstraliyanın Çarlz Sterta Universitetinin professoru Devid Viddovsona, Latviyanın keçmiş gömrük xidmətinin rəhbəri, Riqa Texniki Universitetinin Gömrük və Vergi kafedrasının müdiri, professor Ayvars Krastınışa və ona Universitetin “Fəxri doktoru” adı verilib (http://umsf.dp.ua/index.php/about/pochesni-doktory):


"Mənim üçün bu adı daşımaq böyük şərəfdir.

Bu səbəbdən, Universitetin Elmi Şurasının bütün üzvlərinə və namizədliyimi irəli sürən hər kəsə minnətdarlığımı bildirirəm. Söz verirəm ki, bütün bilik və təcrübəmi Azərbaycan ilə Ukrayna dostluğunun inkişafı və möhkəmləndirilməsi naminə səfərbər edəcəyəm. Yaşasın Azərbaycan-Ukrayna əbədi dostluğu!”.


Qeyd edək ki, bu, İ. Babayevin Ukrayna Universitetində 2-ci "Fəxri doktor" adıdır.

O, ilk dəfə 2010-cu ildə Kiyev İnşaat və Memarlıq Milli Universitetinin Elmi Şurasının qərarı ilə bu Universitetin "Fəxri doktor"u adına layiq görülüb.


Universitetdə Layihələrin İdarə olunması və İnformasiya Texnologiyaları kafedrasının yaradıcılarından biri olan İ. Babayev bir sıra dərsliklərin də müəllifidir.


O, SSRİ məkanında ilk dəfə olaraq 800 səhifəlik dərslik hazırlayıb. Bu dərslik bütün dünyada satılan kitablardan biridir.


Əlavə edək ki,
Ukraynanın Gömrük işi və Maliyyə Dövlət Universiteti (http://umsf.dp.ua) 1996-cı ildə Ukrayna Prezidenti L.Kuçmanın Fərmanı ilə Ukraynanın Dnepr şəhərində yaradılıb. Universitetdə gömrük sahəsində bakalavr, magistr pillələri ilə yanaşı və elmi işçilər hazırlanır. Burada Avropa, Amerika, Afrika, Yaxın Şərq, Hindistan və MDB ölkələrindən tələbələr təhsil alırlar.






Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər