Ru
20:36 / 12 Noyabr 2026

General Natiq Əliyevin qızının saxlanılması ilə bağlı YENİ DETALLAR

General Natiq Əliyevin qızının saxlanılması ilə bağlı  YENİ DETALLAR
Eye

General-mayor Natiq Əliyevin külli miqdarda dələduzluqda təqsirləndirilən qızı Türkər Əliyevaya qarşı əlavə maddələr üzrə də ittiham irəli sürülüb.

"Bakupost" Oxu.az-a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Prokurorluğunda o, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə yanaşı, daha iki maddə ilə də təqsirləndirilib.

Məlumata görə, T.Əliyevaya, həmçinin Cinayət Məcəlləsinin 32.4-cü (ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə, digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq etməklə cinayətdə iştirakçılıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə müqəssir bilinir.

Sumqayıt Şəhər Məhkəməsində ehtiyatda olan general-mayor Natiq Əliyevin qızı, külli miqdarda dələduzluqda təqsirləndirilən Türkər Əliyeva barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanının təqdimatına baxılıb.

Hakim Vüsalə Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə qərar açıqlanıb.

Məhkəmənin qərarı ilə T.Əliyeva barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Xatırladaq ki, general Natiq Əliyevin qızı Türkər Əliyeva moderator kimi çalışıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini general-mayor Ceyhun Rzayevin şikayəti əsasında onun barəsində Sumqayıt Şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanılıb. T.Əliyeva Sumqayıt Şəhər Prokurorluğu tərəfindən istintaqa cəlb edilib və saxlanılıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar