Ru
16:57 / 16 İyun 2022

Goranboyda məktəbə narkomanlar yığışır? - Açıqlama-FOTO

Goranboyda məktəbə narkomanlar yığışır? -  Açıqlama-FOTO
Eye

Daxili İşər Nazirliyi (DİN) Goranboy rayonunda orta məktəb binasına narkotik alüdəçilərinin toplaşdığı iddialarına münasibət bildirib.


DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Bakupost.az -a bildirib ki, respublikanın digər şəhər və rayonlarında olduğu kimi, Goranboyda da Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mütəmadi olaraq həm profilaktiki, həm də əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


"Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı isə polis əməkdaşları həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb. Məktəbə bitişik olan təsərrüfat binasında hər hansı bir narkotik və ya narkotik istifadə edilməsi üçün əşya aşkarlanmayıb. Divardakı qan ləkəsindən isə nümunə götürülərək müvafiq ekspertizaya göndərilib", - DİN rəsmisi vurğulayıb.

Goranboyda məktəbə narkomanlar yığışır? -  Açıqlama-FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar