Ru
11:10 / 04 Yanvar 2025

Goranboyda narkokuryer qadın saxlanıldı

Goranboyda narkokuryer qadın saxlanıldı
Eye

Goranboy rayonunda narkokuryer qadın saxlanılıb.

DİN Mətbuat Xidməti Gəncə regional qrupundan Bakupost.az -a bildirilib ki, Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən 48 yaşlı İ.Hüseynzadə saxlanılıb. Ondan yeddi kiloqramdan artıq marixuana və tiryək aşkar edilib. Saxlanılan şəxs qazanc əldə etmək üçün narkokuryerlik etdiyini bildirib.

Faktla bağlı Goranboy RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar