Ru
10:02 / 01 Fevral 2023

Göygöldə mebel mağazası qəsdən yandırılıb - FHN - FOTO

Göygöldə mebel mağazası qəsdən yandırılıb - FHN -  FOTO
Eye

Fövqəladə Hallar Nazirliyi Göygöl rayonunda baş verən yanğın barədə məlumat yayıb.

Nazirlikdən Bakupost.az -a verilən məlumatda bildirilib ki, bu gecə Göygöl rayonu ərazisində yerləşən "Arzu" mebel mağazasında baş vermiş yanğın FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb. Yanğın nəticəsində vətəndaşa məxsus mağaza 2000 m² sahədə yanıb, bitişik digər ticarət obyektləri yanğından mühafizə olunub.


Hadisə ilə əlaqədar FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılmış operativ araşdırma nəticəsində, ilkin ehtimala görə, yanğının qəsdən törədildiyi müəyyən edilib.


Araşdırmalar davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar