Ru
10:47 / 27 İyun 2022

Göygöldə vəzifəli şəxs qəzada ÖLDÜ

Göygöldə vəzifəli şəxs qəzada ÖLDÜ
Eye

Daxili İşlər Nazirliyi Göygöldə bələdiyyə sədrinin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb.


Nazirliyin mətbuat xidmətindən Bakupost.az -a verilən xəbərə görə, iyunun 25-də saat 1 radələrində Göygöl rayonunun Zurnabad kəndi ərazisində Asif Bayramov idarə etdiyi “TOFAŞ” markalı avtomobili dərəyə aşırıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.


Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.


Qeyd edək ki, Asif Bayramov Göygöl rayon Zurnabad kənd bələdiyyəsinin sədri idi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar