Ru
12:26 / 02 Sentyabr 2024

Güclü yağışlar 19 nəfərin həyatına son qoydu

Güclü yağışlar 19 nəfərin həyatına son qoydu
Eye

Hindistanın cənubunda güclü yağışlar nəticəsində ölənlərin sayı 19-a yüksəlib

Bakupost.az “India Today”ə istinadla xəbər verir ki, ölkənin cənubunda Andhra Pradeş və Telanqana ştatlarında yağan aramsız yağışlar daşqınlara, maddi ziyana və insan tələfatına səbəb olmaqda davam edir.

Rəsmilər, iki əyalətdə güclü yağışlar nəticəsində həyatını itirənlərin sayının 19-a yüksəldiyini, ölənlərin 9-nun Andhra Pradeş, 10-nun isə Telanqana əyalətindən olduğunu bildirib. Andhra Pradeş ştatında sel suları altında qalan 3 nəfər və Telanganada itkin düşmüş 1 nəfər üçün axtarış işləri davam edir.

Andhra Pradeşdə yağışlardan zərər çəkmiş 17 mindən çox insanın təhlükəsiz bölgələrə təxliyə edildiyini bildirən səlahiyyətlilər, ştat daxilində 140 qatar səfərinin ləğv edildiyini və təxminən 6 min sərnişinin stansiyalarda qapalı vəziyyətdə qaldığını bildirib.


Elnur
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar