Ru
10:56 / 30 Noyabr 2022

Gültəkin Hacıbəylidən şikayət edən şəxsin kimliyi məlum oldu - Yenilənib2

10316

Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli barəsində həbsli axtarışla bağlı qərar ləğv olunub.


Bakupost.az bildirir ki, bu barədə Gültəkin Hacıbəylinin vəkili Bəhruz Bayramov məlumat verib.


O bildirib ki, Gültəkin Hacıbəyli Nəsimi rayon Məhkəməsinə gətirilib və sərbəst buraxılıb: “Ondan xüsusi ittiham qaydasında şikayət edən Leyla Arif adlı şəxsdir. Leyla Arif sosial şəbəkə hesabında Gültəkin Hacıbəylinin ona böhtan atdığını bildirib və barəsində şikayət verib”.


Gültəkin Hacıbəyli ölkədə olmadığına görə, onun barəsində həbsli axtarış elan olunub. Hazırda dayandırılmış icraat yenilənib və hakim Elməddin Hüseynovun icraatında olan iş üzrə məhkəmə prosesi dekabrın 8-nə təyin edilib.



***

10:17


Gültəkin Hacıbəyli sərbəst buraxılıb.

Bakupost.az xəbər verir ki, bu barədə özü məlumat paylaşıb.

O bildirib ki, barəsində böhtan atma iddiası ilə polisə şikayət olunub:


“Mənə ölkədə olmadığım, məlumatım olmadığı, xəbərdar edilmədiyim, sms xəbərdarlıq almadığım halda xüsusi ittiham qaydasında cinayət işi açıblar. FB-da bir nəfərin statusunun altında yazdığım şərhə görə, özü də status bir neçə gündən sonra silindiyi halda. Yəni, olmayan şərhə görə.


Mənim xəbərim olmadan mənə vəkil də tutublar ki, işi icraata götürüb axtarışa versinlər”.


***

09:06


Sabiq deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli xaricdən ölkəyə qayıdarkən Bakıda hava limanında saxlanılıb.


Bakupost.az bildirir ki, bu barədə G.Hacıbəyli özü məlumat verib.


G.Hacıbəyli qeyd edib ki, ona qarşı 147.2-ci maddə ilə xüsusi ittiham qaydasında iş açıblar.

Onun Nəsimi Rayon Polis İdarəsinə aparıldığı vurğulanıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər