Ru
15:39 / 26 Aprel 2024

Qəzzada can itkisi 34 min 356 nəfərə yüksəldi

1067
Qəzza zolağında can itkisi son 24 saatda 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb.

Bakupost.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına hücumları ilə bağlı məlumat yayıb.

İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda daha 51 fələstinlinin həyatını itirdiyi, 75 fələstinlinin isə yaralandığı bildirilib.

Bununla da ölənlərin sayı 34 min 356-ya, yaralıların sayı isə 77 min 368-ə yüksəlib.

Açıqlamada dağıntılar altında və yol kənarında ölənlərin olduğu, lakin İsrail əsgərlərinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.


Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər