Ru
16:29 / 14 Mart 2023

"Günah təkcə ermənilərdə deyil..." - Azər Qasımlı

3498


"Nə qədər ki Rusiya hərbi kontingenti Qarabağdadır, təxribatlar olacaq".

Bu fikirləri Bakupost.az-a siyasi ekspert Azər Qasımlı son günlər Ermənistan tərəfi və Qarabağ separatçılarının tez-tez atəşkəsi pozması haqda xəbərləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, Müdafiə Nazirliyi açıq şəkildə Rusiya hərbi kontingentinin Qarabağda öz vəzifəsini yerinə yetirmədiyini və bölgəyə sülh gətirə bilmədiyini bəyan etməlidir:

"Həmçinin onlar bu ərazidən çıxmalıdır. Bununla bağlı xəbərdarlıq edilməlidir. Açığı, mən bu məsələdə hakimiyyətin və yaxud Müdafiə Nazirliyinin hər zaman olduğu kimi, rus hərbi kontingentini görməzdən gəlməsini qəbul etmirəm. Bütün məsələləri Ermənistan rəhbərliyi və yaxud Qarabağda olan ermənilərin üzərinə atmağı yanlış siyasət hesab edirəm. Bu, bizim maraqlarımıza uyğun deyil. Əskinə, Rusiyanın marağına uyğundur. Nə qədər ki, bunlar deyilmir, Müdafiə Nazirliyinin hər hansı bəyanatını səmimi və doğru hesab etmirəm. Mənim üçün problem hazırda Qarabağda olan sülhməramlı kontingentdir. Bu məsələ ilə bağlı mövqe bildirilməlidir".

Əfsanə Rəcəb,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər