Ru
13:16 / 24 Mart 2023

Güney Azərbaycanda zəlzələ: 82 nəfər yaralandı

Güney Azərbaycanda zəlzələ: 82 nəfər yaralandı
Eye

İranda 5.6 bal gücündə baş verən zəlzələ nəticəsində 82 nəfər xəsarət alıb.

Bakupost.az xəbər verir ki, bu haqda Qərbi Azərbaycan Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Baş direktoru açıqlama verib.

O, Salmas şəhərində 79 nəfərin təcili yardıma müraciət etdiyini bildirib. 60 nəfər ambulator müalicə alaraq evə buraxılıb. 10 nəfərin müalicəsi isə davam etdirilir.

Açıqlmada qeyd olunub ki, Xoy şəhərində 12 nəfər yaralı var. Onlardan 7 nəfər evə buraxılıb, 5 nəfərin müalicəsi davam etdirilir.

Aynur,
BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar