Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:54 / 29 Noyabr 2024

“Gürcü müxalifəti fərsizdir, lider problemi var” - ŞƏRH

985

"Gürcüstan XİN və ölkənin müxtəlif dövlətlərdəki səfirliklərinin 78 əməkdaşı birgə bəyanat imzalayıb. Diplomatlar hökumətin avrointeqrasiyanı dayandırmaq qərarının Konstitusiyaya və milli maraqlara zidd olduğunu bildiriblər. "Diplomat kimi bizim başlıca vəzifəmiz Gürcüstanın milli maraqlarını müdafiə etmək və Konstitusiyaya sadiqliyimizi qoruyub saxlamaqdır. Uzun illər ərzində diplomatiyamız Gürcüstanın Avropa və avroatlantik strukturlara qoşulması üçün hər cür səy göstərib, bu, gürcü xalqının iradəsi və tarixi seçimidir", - deyə bəyanatda vurğulanır. Hazırda Tbilisinin mərkəzində öz təşəbbüsü ilə küçələrə çıxan insanlarla polis və xüsusi təyinatlılar arasında gərginlik davam edir".

Bakupost.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli sosial şəbəkədə bildirib.

O, həm seçki kampaniyası dövründə, həm də seçkidən sonra müxalifətin fərsizliyinin əsas diqqətçəkən məqam olduğunu vurğulayıb:

“Əllərində geniş imkanlar, sıralarında dollar milyonçuları olmasına rəğmən, müxalifət sanki iflic olub. Çox ciddi lider problemi var. Görünür, həm də bu səbəbdən bu gün prezident Zurabişvili özü meydana çıxdı. Bu gecə polis kütləni dağıda bilər, amma önəmli olan ondan sonrasıdır. Hökumətin zorakılığı etiraz aksiyalarına emosional ruh qata bilər. Bu, indiyədək çatışmayan vacib detal idi. Və təbii ki, nəticəyə nail olmaq üçün müxalifət iflic vəziyyətindən çıxmalı, Avropa Birliyi də ortaya birmənalı mövqe qoymalıdır. Gürcüstanın Qərbdən qopmaq lüksü yoxdur, bunun üçün yetərli resurslara sahib deyil”.

Rəhman Mirzəlizadə, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar