Ru
08:16 / 22 İyun 2023

Hansı meyvə hansı vaxtda yeyilməlidir?

Hansı meyvə hansı vaxtda yeyilməlidir?
Eye

Artıq yay mövsümünün sevimli meyvələri piştaxtalarda öz yerini tutub. Çiyələkdən alçaya, qarpızdan yemişə qədər hər biri digərindən dadlı və faydalıdır.

Lakin bu meyvələrin də öz vaxtları var.

Bəs, hansı meyvəni hansı saatlarda yeməliyik?

Bakupost.az xəbər verir ki, türkiyəli həkim Fevzi Özöngülün meyvələrin yeyilmə vaxtı ilə bağlı açıqlamalarını təqdim edir.

TUT - İki növü var: ağ və qara tut. Onu birbaşa ağacdan, yaxud mürəbbə, kompot, marmelad kimi də yemək olar. Bundan əlavə, qurudulmuş tut qəlyanaltı kimi yeyilə bilər. F.Özöngül tutun səhər yeməyi zamanı yeyilməsini uyğun görüb. Çəki problemi olanlara isə bir qədər az miqdarda yemək tövsiyə olunub.




Əncir - Bağırsaqları yumşaldır. Ona görə də, qəbizlik şikayəti olanlar həm quru, həm də təzə meyvə kimi yeyə bilər. Həkim, səhər yeməyi və naharda yeyilməsini tövsiyə edir. Yenə də çəki problemi olanlara az yemək uyğun görülür. Qatıq, pendirlə birlikdə yemək daha yaxşı olar.


ALBALI - Ağrıkəsici və ödəmi aradan qaldıran xüsusiyyətlərə malikdir. Çəki problemi varsa, Günəş batmadan bir ovuc yemək faydalıdır.


ƏRİK - Meyvəsi də, toxumu da qiymətlidir. Acı ləpələri əczaçılıqda, şirin ləpələri isə həm qəlyanaltı, həm də xəmir üçün istifadə olunur. Meyvə şirəsi, mürəbbə, marmelad, meyvə pulpası, və ərik qurusu kimi istifadə olunur. Qəbizliyə çox xeyirdir. Səhər və günorta yeməklərində qatıqla birlikdə istifadə etmək məsləhət görülür.



QARPIZ - Çox sulu meyvədir. Lakin düşünülənin əksinə, həzm olunması olduqca çətindir. İsti yay aylarında günəş altında topladığı suyu qorumaq üçün möhkəm daxili quruluşa malikdir. Buna görə də gecə gec yeyildikdə şişkinlik və yuxu pozğunluğuna səbəb ola bilər. Yemək üçün ideal vaxt səhər yeməyi, nahardır. Günortadan sonra isə ağ pendirlə də yeyilə bilər.



YEMİŞ - Qarpız kimi çətin həzm olunan meyvədir. Eyni zamanda, çox şirin bir meyvə olduğu üçün çox yeyilməsi tövsiyə olunmur. Yayda az miqdarda desert əvəzinə axşam yeməyində yeyilə bilər. Xüsusilə, dondurma sənayesində istifadə olunur. Axşam sərinləmək üçün bir az qatıqla da yeyə bilərsiniz.


ŞAFTALI - Ən şirin meyvələrindən biridir. Meyvə şirəsi, mürəbbə, marmelad, dondurma, desertlərin hazırlanmasında istifadə olunur. Ərik kimi, onun toxumu də yeyilməzdir. Çəki problemi olanların bir müddət6 uzaq durması tövsiyə olunur. Axşamüstü qatıqla yeyilməsi daha uyğundur.


ÇİYƏYƏK, MORUQ, BÖYÜRTKƏN - Ən məşhur mövsüm meyvələridir. Tərkiblərində yüksək dərəcədə şəkər var. Çəki problemi olanlar günorta və axşamüstü hava qaralmadan qatıqla yeyə bilər.




ÜZÜM - Mövsümün vazkeçilməzləri sırasındadır. Lakin tərkibindəki şəkər faizi çoxdur. Gün batmadan yenə də qatıqla yeyə bilərsiniz.


ALÇA - Şirin və turş alça sevəni çox olan bir meyvədir. Xüsusilə, turş alça tərkibində şəkər olmadığı düşünülərək bolca yeyilir. Bir miqdar duz ilə yeyildikdə dadı daha çox ortaya çıxır. Lakin çəki problemi varsa, artıq çəkilərdən qurtulana qədər yeməmək tövsiyə olunur.

Aynur
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar