Ru
22:17 / 29 İyun 2025

2 qardaşı öldürülən jurnalistdən yeni AÇIQLAMA - VİDEO

2 qardaşı öldürülən jurnalistdən yeni AÇIQLAMA - VİDEO
Eye

Rusiya Federal təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən döyülən azərbaycanlılar xəstəxanada silahlı şəxslərin nəzarəti altında saxlanılır.

Bakupost.az xəbər verir ki, bunu “Xəzər Xəbər”ə açıqlamasında öldürülən Ziyəddin və Hüseyn Səfərovların qardaşı Seyfəddin Hüseynli bildirib.

O, əlavə edib ki, döyülən və reanimasiyada olan şəxslərin vəziyyəti ağırdır və onların hər hansısa bir şəxslə görüşünə Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən icazə verilmir.

Seyfəddin Hüseynli onu da bildirib ki, öldürülən qardaşlarının meyitləri üçün Rusiya tərəfindən təyin edilən saxta ekspertiza rəyi ilə razılaşmırlar və onların əsl ölüm səbəbini aydınlaşdırmaq üçün yen rəyin təyin olunmasını tələb edirlər.

Seyfəddin Hüseynli eyni zmanda Yekaterinburqda həbs edilən azərbaycanlılar üçün keçirilən məhkəmə prosesi barədə də danışıb.

Daha ətraflı videomaterialda:


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar