Ru
10:43 / 29 İyun 2025

Bakı Rusiya rəsmisinin səfərini ləğv etdi – “İzahat” rədd edildi

Bakı Rusiya rəsmisinin səfərini ləğv etdi – “İzahat” rədd edildi
Eye

Rəsmi Bakı Yekaterinburqda azərbaycanlılara qarşı dövlət səviyyəsində törədilən zorakılığa görə Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfərini ləğv edib. Məlumatda deyilir: Azərbaycan hökuməti yaranmış vəziyyətdə Overçukun və ya digər rəsmi şəxsin Azərbaycana səfərində heç bir əhəmiyyət görmür.

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.

O bildirib ki, Mariya Zaxarova baş vermiş hadisə ilə bağlı Azərbaycan tərəfinə “lazımi izahat” verildiyini, “vəziyyətin hüquq-mühafizə orqanlarının nəzarətində olduğunu” demişdi:

“Görünür, Moskvanın “izahatı” Bakıda qəbul edilməyib. Rusiyanın FSB-nin törətdiyi qətlləri “etnik cinayətkar qrupun zərərsizləşdirilməsi” kimi təqdim etməsi də bu “izahat”ın nədən ibarət olduğunu anlamağa imkan verir.
Overçukun səfərinin ləğv edilməsi və Moskvaya “digər rəsmi şəxsin səfərinin heç bir əhəmiyyət daşımadığı”nın çatdırılması ilə Bakı adekvat reaksiya verir. Həm də azərbaycanlılara qarşı törədilmiş zorakılıq qarşısında səssiz qalmayacağını nümayiş etdirir.

Daha öncə Azərbaycan Qarabağ məsələsində qeyri-adekvat mövqe sərgiləyən ABŞ rəsmilərinin - dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi Ceyms Obrayn - səfərinə veto qoymuşdu. Yekunda Bayden Administrasiyası Bakının mövqeyini qəbul etməli oldu. İndi eyni addım Rusiya rəsmilərinə qarşı atılır. Daha aqressiv siyasət yürüdən Rusiyanın bu veto qarşısında hansı reaksiyanı verəcəyi qeyri-müəyyəndir, lakin bu, bir məqamı təsdiq edir: Azərbaycan dövləti milli məsələlərdə prinsipial mövqeyindən geri çəkilmir.

Bakı Rusiya rəsmilərinin səfərinə veto qoymaqla Moskvaya aqressiv addımlarının diplomatik münasibətləri çətin vəziyyətə sala biləcəyinin də mesajınə çatdırır”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar