Ru
18:55 / 29 İyun 2025

Səfərovların nəşi sabah Bakıya gətiriləcək

Səfərovların nəşi sabah Bakıya gətiriləcək
Eye

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən öldürülən azərbaycanlıların nəşləri "Ural Hava Yolları" vasitəsilə sabah Vətənə gətiriləcək.

Bakupost.az xəbər verir ki, hazırda konsulluqda bununla bağlı işlər gedir.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar