Ru
21:57 / 29 İyun 2025

Voronejdə də azərbaycanlılara təzyiqlər başladı

Voronejdə də azərbaycanlılara təzyiqlər başladı
Eye

Rusiya Federasiyasının Voronej şəhərində azərbaycanlılara qarşı təzyiqlərin artdığı barədə məlumatlar yayılıb.

Bakupost.az xəbər verir ki, şəhərin məşhur “Alyekseyevski” bazarında ruslarla azərbaycanlılar arasında qarşıdurmalar qeydə alınıb. Hadisələr zamanı bıçaqlanma faktı da baş verib.

Bildirilir ki, insidentdən dərhal sonra əraziyə xüsusi təyinatlı polis qüvvələri — OMON cəlb olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları bazarda genişmiqyaslı reydlər keçirərək, əsasən azərbaycanlı satıcıları bazardan çıxarmağa başlayıblar. Yerli satıcılar arasında yaranan panika səbəbindən ticarət fəaliyyətində fasilələr yaranıb.

Azərbaycanlı icması nümayəndələrinin sözlərinə görə, bu cür hallar artıq tək-tük insident səviyyəsini keçib və müəyyən sistemli xarakter almağa başlayır. Onlar bildirirlər ki, həm hüquq-mühafizə orqanlarının sərt münasibəti, həm də bəzi milliyyətçi qrupların açıq təhriki Voronej kimi böyük ticarət mərkəzlərində azərbaycanlılara qarşı ayrı-seçkilik mühiti formalaşdırır.

Qeyd edək ki, son vaxtlar Rusiyanın müxtəlif şəhərlərində — o cümlədən Yekaterinburqda baş verən analoji hadisələr fonunda Voronejdəki gərginlik təsadüfi görünmür. Müxtəlif sosial şəbəkələrdə yayılan kadrlarda OMON-un bazarda xüsusi kobudluqla davranışını, bəzi yerlərdə satıcıların zorla yerindən qovulması əks olunur.


Ayxan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar