Ru
10:41 / 30 İyun 2025

Xameneini hədələyənlər barədə FƏTVA VERİLDİ

Xameneini hədələyənlər barədə FƏTVA VERİLDİ
Eye

İranda böyük şiə təqlidçilərindən olan nüfuzlu din xadimi Ayətullah Nuri Həmədani İslam İnqilabının rəhbəri Ayətullah Xameneini hədələyənlər üçün fitva verib.

Bakupost.az xəbər verir ki, Ayətullah Nuri Həmədaninin verdiyi fətvada bildirilir:

“Ali dini hakimiyyəti və Ayətullah Xameneini təhqir etmək İslam dininin təməl dəyərlərinə təhqirdir.

Hazırda ali inqilab rəhbəri tam güc və cəsarətlə İslam ümmətinə rəhbərlik edir. İslama, Qurani-Kərimə və Əhli-beytə (ə) qarşı bütün düşmənlərin birləşdiyi bir mühitdə Ayətullah Xameneini dəstəkləmək vacibdir. Lakin onu zəiflətmək haramdır.

İslam İnqilabının rəhbərini və ali dini hakimiyyəti təhdid edən və ya hücuma cəhd edən hər hansı bir şəxs və ya rejimin hökmü müharibdir. Bu cinayətə kömək edənlər də eyni şəkildə cəzalandırılacaqlar".

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneini hədələyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar