Ru
12:01 / 10 İyun 2024

"Hazırkı tədris müddəti effekt vermir” - Ekspert

2422
“Tədris ilini iki həftə önə çəkilməsi uşaqların adaptasiya prosesinə yardımçı ola bilər. Hazırda tədris ili sentaybrın 15-də başlasa da, ayın sonuna qədər davamiyyət qaydasında olmur, bəziləri istirahətdən qayıtmır. Qayıtsa belə dərsə gedib-gəlməyə bir qədər tərəddüdlə yanaşırlar. Bu prosesi iki həftə qabağa çəkəndə artıq onlar dərs prosesinə rahat uyğunlaşırlar. Bu qərar verilsə, ümumilikdə təhsil göstəricilərinə keyfiyyət qatacağını demək doğru olmaz. Çünki bu göstəricilər tədris ilinin uzunluğu və ya qısalığından asılı deyil. Burada daha çox keyfiyyətli tədris həyata keçirilməsindən, şagirdlərin dərsləri qavramasından, tədris proqramları və sair amillərdən asılıdır”.




Bu fikirləri Bakupost.az -a təhsil ekspert Elçin Əfəndi dərslərin sentyabrın 1-i başlayıb iyunun 14-də bitməsi ilə bağlı təklifə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, tədris ilinin iyunun 14-də bitməsi təcrübəsi effekt vermir. Çünki mayın 31-dən sonra proqram bitir, sümmativlər yekunlaşır və bu səbəbdən şagirdlər məktəbə getmirlər.

Ekspert qeyd edib ki, tədris sentyabrın 1-i başlasa, qəbul prosesi istiqamətində də iş aprılmalıdır:

“Qəbul məsələsi də avqustun axırınadək yekunlaşmalıdır. Hazırkı qəbul prosesində tələbələrin yerləşdirilməsi sentyabrın 20-dək davam edir”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər