Ru
11:59 / 18 Mart 2023

Gömrük generalları ev dustaqlığına buraxıldılar - Mehdiyevə yubiley sürprizi

Gömrük generalları ev dustaqlığına buraxıldılar -   Mehdiyevə yubiley sürprizi
Eye

Dövlət Gömrük Komitəsinn (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin sabiq rəisi, general Məsum Rəsulov və DGK yanında “Azərterminalkompleks” Birliyinin sabiq direktoru, general Ehtiram Xəlilov barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib.

Bakupost.az -a daxil olan məlumata görə, Məsum Rəsulov və Etiram Xəlilov azadlığa buraxılıblar.

Qeyd edək ki, bu il yanvarın 5-də Səbail Rayon Məhkəməsində keçirilən iclasda istintaq orqanının vəsatətləri əsasnda onların həbs müddəti 3 ay uzadılmışdı.

Generallar Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurdular.

O da maraqlıdır ki, onların azadlığa buraxılması sabiq DGK şefi Səfər Mehdiyevin ad günü ilə eyni vaxta təsadüf edib. Maraqlıdır, bu olay generalın öz ad gününə sürprizi sayıla bilərmi?

Elnur
BakuPost

Şərhlər
  • Azərbaycanlı

    It itin ayağlnl basmır.Özlərinə yaxın cinayətkarları azad buraxır.

Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar