Ru
13:44 / 01 Avqust 2022

Həbs olunan gömrükçü keçmiş Baş nazirin qardaşı oğlu imiş... - Yeni məlumatlar

4064
Xəbər verdiyimiz kimi, Bakı Apellyasiya Məhkəməsində bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza və bəraət alan Baş Gömrük İdarəsinin sabiq əməkdaşları barəsində verilmiş protestə baxılıb.


Məlumata görə, Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə yenidən araşdırılan işlə bağlı birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.


Qərara əsasən, şərti cəza verilmiş Rafael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev 3 il, Ceyhun Şabanov isə 2 il müddətinə azadlıqdan məhrum olunaraq məhkəmə zalında həbs olunublar.


Orxan Zöhrabov, Sadiq İsgəndərov və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət almış Mirağa Ağayevə şərti cəza verilib.
Həbsdə olan Elmar Mirzəyevin cəzası isə 3 ay artırılaraq 5 il 3 aya qaldırılıb.


Manset.az-ın əldə etdiyi məlumata görə, 2 il həbs cəzası verilən Sadiq İsgəndərov Naxçıvan MR keçmiş maliyyə naziri Xalid İsgəndərovun oğlu, 3 il həbs cəzası verilən Azər Baxşıyev isə Naxçıvan MR keçmiş baş naziri Əlövsət Baxşıyevin qardaşı oğludur.


Fotoda: Əlövsət Baxşıyev




Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər