Ru
17:45 / 14 May 2024

Həbsxana maşını pusquya salındı: məhbus qaçdı - Ölənlər var

1341
Normandiyada, Ruen yaxınlığında həbsxana mikroavtobusunun pusquya düşməsi nəticəsində iki zabit öldürülüb, məhbus isə hadisə yerindən qaçıb.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın ədliyyə naziri Erik Dupont-Moretti daha üç zabitin ağır yaralandığını bildirib.

Fransa mətbuatının məlumatına görə, mikroavtobusda daşınan məhbus hücum edənlərlə birlikdə qaçıb.

Bildirilir ki, məhbus bu səhər Rouendə keçirilən dinləmələrdə iştirak etdikdən sonra Evre şəhərindəki həbsxanaya aparılıb. Pusqu isə yerli vaxtla saat 11:00 radələrində, A154 şossesində ödəniş məntəqəsinin yaxınlığında baş verib. Hadisədən sonra magistralın hər iki girişi bağlanıb.

Məlumatına görə, hadisə iki maşınla həbsxana karvanına yaxınlaşan bir neçə şəxs tərəfindən törədilib. Fransa mətbuatında yayılan təsdiqlənməmiş məlumatlara görə, qaçan məhbus və hücum edənlərin qaçdığı avtomobil yaxınlıqda yanmış vəziyyətdə tapılıb.

Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər