Ru
14:50 / 30 Mart 2023

“Hər iki terrorda avtomatdan istifadə edilib, bu o deməkdir ki..." - Açıqlama

“Hər iki terrorda avtomatdan istifadə edilib, bu o deməkdir ki..." - Açıqlama
Eye

“Fazil Mustafaya sui-qəsd sıradan bir məsələ deyil. Bu terrorun məhz 28 martda təşkil olunmasının arxasında müəyyən məqsədlər dayanır. Çünki, 28 mart DTX-nin peşə bayramı günüdür. Eyni zamanda Tehrandakı səfirliyimizdə terror hadisəsi törədilməsinin 40-cı günüdür. Həm də 28 martda Milli Məclisin nümayəndə heyəti səfirliyin açılması tədbirinə qatımaq üçün İsrailə səfərə gedib”.




Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Azər Badamov deyib.


Onun sözlərinə görə, Tehrandakı səfirliyimizə və Fazil Mustafaya qarşı terror hadisələri avtomat silahı vasitəsilə həyata keçirilib. Bütün bunlar bu terror hadisələrinin eyni mərkəzdən planlaşdırıldığı haqqında fikir yürütməyimizə əsas verir:


“Fazil Mustafaya qarşı terror hadisəsinin məqsədi dövlətimizə qarşı inamsızlıq, cəmiyyətdə qorxu yaratmaqdır. Hadisə ilə bağlı çox ciddi, əsaslı tədqiqat aparılmalıdır. Hesab edirəm ki, müvafiq dövlət orqanları cinayətkar şəxs və ya şəxslərin ifşa olunması və cəzanlandırılması istiqamətində tədbirləri uğurla başa çatdıracaq".


Sevinc
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar