Ru
19:19 / 10 İyul 2025

Hərbi jurnalist vəfat etdi

Hərbi jurnalist vəfat etdi
Eye

Hərbi jurnalist Gülbəniz Arifqızı uzun sürən onkoloji xəstəlikdən vəfat edib.

Bakupost.az xəbər verir ki, bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.

Qeyd edək ki, Gülbəniz Arifqızı 1961-ci ildə Füzuli rayonunun Horadiz şəhərində anadan olub. 1992-ci ilin əvvəlindən "Ordu" qəzetində, sonra isə "Ədalət" qəzetində çalışan jurnalist Birinci Qarabağ müharibəsində hərbi jurnalist kimi aktiv iştirak edib.

Gülbəniz Arifqızının "Müharibənin yollari ürəyimdən keçir" və "Əsirlikdə qalan kəndim" kitabları çap edilmişdi. 1997-ci ildən ABŞ-da yaşayan və Azərbaycan Amerika Qadınlar Cəmiyyətini yaradan jurnalist bu ilin yanvar ayında xəstəliyi ilə bağlı vətənə qayıdıb.

Mərhum jurnalist sabah Bakıxanov qəsəbəsində dəfn ediləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar