Ru
19:07 / 10 İyul 2025

“Hökumə - kədərim mənim” filmi bu tarixdə təqdim olunacaq

“Hökumə - kədərim mənim” filmi bu tarixdə təqdim olunacaq
Eye

Avqust ayında Milli Qəhrəman Hökumə Əliyevaya həsr olunmuş “Hökumə - kədərim mənim” adlı sənədli film təqdim olunacaq.

Bakupost.az xəbər verir ki, bununla bağlı Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Bildirilib ki, layihənin rəhbəri AKİ sədri, Xalq artisti Rasim Balayev, rejissor Ziya Şıxlinski, operator Yuri Varnovski, montaj rejissoru Mübariz Nağıyevdir.

Xatırladaq ki, AZAL təyyarəsi ötən il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğrayıb. Həmin vaxt hava gəmisinin göyərtəsində 67 nəfər olub, onlardan 38-i həlak olub.

Həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunublar. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla onlara “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar