Ru
23:15 / 20 İyun 2025

Hücumlar davam etdikcə danışıqlar aparmayağıq - Əraqçi

Hücumlar davam etdikcə danışıqlar aparmayağıq - Əraqçi
Eye

İran Böyük Britaniya, Almaniya, Fransa və digər Avropa ölkələri ilə məsləhətləşmələri davam etdirməyə hazırdır, həmçinin yaxın vaxtlarda “Avropa üçlüyü” formatında növbəti görüşün keçirilməsi imkanını nəzərdən keçirir.

Bakupost.az xəbər verir ki, bunu Cenevrədəki danışıqların yekunlarına görə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib.

“Biz “Avropa üçlüyü” və Avropa İttifaqının digər ölkələri ilə məsləhətləşmələrin davam etdirilməsinin tərəfdarıyıq və həmçinin yaxın vaxtlarda daha bir görüş keçirməyə hazırıq”,-deyə o qeyd edib.

Bununla yanaşı, Əraqçi vurğulayıb ki, İran öz qanuni özünümüdafiə hüququndan istifadə etməyə davam edəcək və İsrailin hücumları davam etdikcə heç bir tərəflə danışıqlar aparmayacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar