Ru
23:34 / 20 İyun 2025

Hikmət Hacıyev diplomatların Laçın səfərindən yazdı

Hikmət Hacıyev diplomatların Laçın səfərindən yazdı
Eye

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdəki xarici diplomatlarla Qarabağa səfəri barədə məlumat verib.

Bakupost.az xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi özünün "X" səhifəsində paylaşım edib.

"Diplomatik korpusla Laçına səfər. Laçın hava limanına endik, sabah Şuşa və Ağdam proqramı ilə davam edəcəyik", - o yazıb.

H.Hacıyev Ağdam-Bakı qatarı ilə paytaxta qayıdacaqlarını da əlavə edib.

Qeyd edək ki, Laçına səfəri çərçivəsində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri bir sıra məkanlarda olublar. Onlar Laçın İstirahət Kompleksi, "Hoçazfilm" studiyası, "Yurd" qalereyası, "Lacinema" mərkəzi ilə həmçinin Həkəri sahili, Seyrəngah və "Gilabi Ceramics" mərkəzlə tanış olublar.



t.co
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar