Ru
21:43 / 10 İyul 2024

Hüseyn Həsənovun şirkətləri bağlandı - Ölkədən qaçdı

Hüseyn Həsənovun şirkətləri bağlandı - Ölkədən qaçdı
Eye

Rusiyada yaşayan azərbaycanlı videobloger, infobiznesmen Hüseyn Həsənovun Rusiyada vergidən yayındığı üçün məsuliyyətə cəlb olunduğu və ölkədən qaçdığı deyilir.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya İctimai Palatasının üzvü, Təhlükəsiz İnternet Liqasının direktoru Yekaterina Mizulina öz “Telegram” kanalında məlumat verib.

Mizulina bildirib ki, Hüseyn Həsənovla bağlı vergi idarəsi məhkəməyə müraciət edib.

Nəticədə infobiznesmenə məxsus bir sıra şirkətlər borca görə qapadılıb, özü isə Rusiyadan qaçıb.

2024-cü il iyulun 15-də Hüseyn Həsənovun vergilərlə bağlı proseslərə cəlb oluna biləcəyi barədə məlumat yayılıb.

Moskva Vergi Müfəttişliyi müvafiq iddia qaldırıb.

Hüseyn Həsənovun Federal Vergi Xidmətinə 144 milyon rubl məbləğində borcunun yığıldığı bildirilib.

Elnur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar