Ru
10:56 / 21 Aprel 2022

Hüseyn kənddə qonaq olduğu ailəyə belə təşəkkür etdi - VİDEO

5608
Ötən günlərdə Bakıya gələn və gəlişi ilə izdiham yaradan məşhur azərbaycanlı bloger Hüseyn Həsənov yenidən sosial şəbəkələrdə gündəm olub.

Bakupost.az xəbər verir ki, bloger Aydan Hüseynli ilə Azərbaycanın ucqar kəndlərindən birinə gedən Hüseyn yolu azdıqları üçün kənd sakinlərinin birindən kömək istəyib və onların ailəsində qonaq olub.

Həmin ailə onları çox mehriban qarşılayıb, kim olduqlarını bilməyərək, onları yatmaq üçün yer, yeməklə təmin ediblər. Həmin anları “story”sində paylaşan bloger kənd həyatı, kənd evi haqqında məlumatlar verib.

Onların mehribanlığından, səmimiyyətindən çox məmnun qalan Hüseyn ailədəki nənəyə pul verərək təşəkkür edib.

Nənə həmin pulları götürmək istəməsə də, Hüseynin təkidi ilə onları qəbul edərək, blogeri bağrına basıb.


Hüseyn bildirib ki, yalnız səhəri gün həmin ailəyə kimliyini açıqlayıb. O, qonaq olduğu ailəyə öz şəxsi nömrəsini verdiyini və davamlı onlarla əlaqə saxlayacağını söz verib.


Həmin görüntüləri təqdim edirik:







BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər