Ru
21:44 / 10 Dekabr 2024

Husilər ABŞ gəmilərinə hücum etdilər

Husilər ABŞ gəmilərinə hücum etdilər
Eye

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər Ədən körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinin iki destroyer gəmisinə hücum edib.

Bakupost.az xəbər verir ki, bu açıqlama ilə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya çıxış edib.

Üsyançılara məxsus “Al Masirah” telekanalında təqdim olunan açıqlamada bildirilir:

“Husilər keçirdikləri hərbi əməliyyat zamanı Cibuti limanından ayrılan ABŞ-nin üç təchizat gəmisinə hücum ediblər. Husilər bundan başqa Ədən körfəzində də təchizat gəmilərini müşayiət edən iki ABŞ destroyerinə hücum ediblər.”



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar