Ru
14:57 / 07 İyun 2024

İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihəyə başladı

1434
“Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Azərbaycanda birgəyaşayış: Azsaylı xalqların sosial-mədəni dəyərlərinin təbliği istiqamətində tədbirlərin təşkili” mövzusunda yeni layihənin icrasına başlayıb.

İB-dən Bakupost.az -a verilən məlumata görə, layihənin məqsədi Azərbaycanda yaşayan azsaylı xalqların sosial-mədəni irsinin qorunması və təbliğinə, habelə onların milli kimliyinin daha yaxşı ifadəsinə imkan verən platformaların yaradılmasına və inkişafına nail olmaqdır. Layihə konkret olaraq tatlar, saxurlar, hapıtlar, qrızlar və buduqların müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının, eləcə də mediaya əl çatımlığının yaxşılaşdırılmasını qarşısına vəzifə qoyub. Bu məqsədin reallaşması nəticəsində sözügedən multikultural subyektlərin mədəniyyəti, adət-ənənəsi, sosial-məişət tərzinin təbliğinə əlverişli və bərabər şərait yaradılacaq.

Layihənin icrası zamanı azsaylı xalqların milli-mədəni irsi və dəyərlərinin təbliği məqsədilə 6 məqalə hazırlanacaq, milli azlıqları təmsil edən gənc və qadın fəalların sosial media bacarıqları artırılacaq, “Azərbaycanda birgəyaşayış” adlı 6 video-müsahibə çəkiləcək, tat icması ilə bağlı Qubada “Çiçi” adlı veriliş (5-7 dəqiqə, TV formatında) hazırlanacaq.

Layihənin əsas benefisiarları informasiya və media resurslarına çıxış imkanları zəif olan, öz milli-mədəni dəyərlərinin qorunması, ifadəsi və təbliğində yetərli mexanizmlərə malik olmayan azsaylı xalqlardır. Layihənin əsas hədəf qrupu olaraq seçilmiş azsaylı xalqları təmsil edən təşkilatlar – mədəniyyət mərkəzləri, cəmiyyətlər, icmalar, onların liderləri və xüsusilə gənc və qadın fəalları olacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər