Ru
10:35 / 21 İyul 2025

III Qlobal Media Forumunun üçüncü günü başladı

III Qlobal Media Forumunun üçüncü günü başladı
Eye

Şuşada "Rəqəmsal keçidlər: süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda III Qlobal Media Forumunun üçüncü günü başlayıb.

Bakupost.az xəbər verir ki, iyulun 19-da başlayan forum bu gün öz işini yekunlaşdıracaq.

Üçüncü günün proqramına aşağıdakı mövzularda panel müzakirələri daxildir: "İnformasiya təhlükəsizliyinin təminatı kimi media savadlılığı" və "Sosial şəbəkələrin təkamülü ictimai etimada necə təsir edir: KİV və media savadlılığının sərhədləri".

Xatırladaq ki, III Şuşa Qlobal Media Forumunda 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80-ə yaxın media strukturunun, eləcə də digər ixtisaslaşmış qurumların nümayəndələri iştirak edir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar