Ru
10:07 / 07 İyun 2022

III qrupda ən yüksək balı o topladı - FOTO

III qrupda ən yüksək balı o topladı -  FOTO
Eye

III qrup üzrə ən yüksək nəticəni göstərən abituriyentin adı açıqlanıb.

Bakupost.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Universitetləri” feysbuk səhifəsində paylaşım edilib.

Məlumata görə, III qrup üzrə ən yüksək nəticəni Bakı şəhəri, 286 saylı məktəbin məzunu Nəcməddin Orucov göstərib.

O, ilk imtahandan maksimal 300 balı toplamışdı. 2-ci imtahanda isə 387,3 bal toplayıb. Beləliklə, N. Orucov 687,3 bal toplamaqla III qrup üzrə ən yüksək nəticə əldə edib.

Qeyd edək ki, o, 2 il öncə IX siniflərin buraxılış imtahanında da yüksək nəticə göstərərək 276 bal toplamışdı.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar