Ru
00:46 / 28 Sentyabr 2026

Bu dəfə Madyara yumurta atdılar - VİDEO

Bu dəfə Madyara yumurta atdılar - VİDEO
Eye

Macarıstan Baş naziri Peter Madyara ölkə turu çərçivəsində Szolnok şəhərində çıxışı zamanı yumurta atılıb.

"Bakupost" “Qafqazinfo”ya istinadla xəbər verir ki, yumurta baş nazirə dəyməyib.

Hadisədən dərhal sonra mülki geyimli polis əməkdaşları yumurtanı atan şəxsi saxlayıblar.

Madyar isə insidentə yumorla yanaşaraq yumurtaların son vaxtlar bahalaşdığını deyib və çıxışını davam etdirib. Bildirilir ki, saxlanılan şübhəli yumurtanın Madyarın başına dəyməməsinə təəssüfləndiyini söyləyib.

Tədbirin əvvəlində də Madyar əleyhinə başqa bir etiraz baş verib. “Telex” və “Kontroll”un məlumatına görə, izdihamdan səhnəyə doğru bir stəkan içki atılıb, lakin stəkan səhnəyə çatmayıb. Madyar bu hadisəyə də sakit reaksiya verib.

Qeyd edək ki, ötən həftə festivalda iştirak edən Madyara içki atılmışdı.



Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar