Qara Dəniz–Xəzər Dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, hüquq elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının üzvü, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası İlham Rəhimov Rusiya Federasiyası Prezidentinin müşaviri A.Kobyakovun dəvəti ilə 19–21 may tarixlərində keçirilən XIII Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda iştirak edib.
Bakupost.az xəbər verir ki, professor İlham Rəhimov forum çərçivəsində keçirilən “Hüquq və din” adlı sessiyada çıxış edib.
Tədbir çərçivəsində professor İ.Rəhimov tanınmış Rusiya hüquqşünasları və hüquq sahəsində fəaliyyət göstərən praktiki xadimləri ilə də görüşlər keçirib.
Qeyd edək ki, forumun proqramı geniş mövzuları əhatə edirdi.
Forumda Sankt-Peterburq şəhərinin qubernatoru A.D.Beqlov, Rusiya Federasiyası İstintaq Komitəsinin sədri A.I. Bastrıkin, RF Dövlət Duması sədrinin müavini İ.A.Yarovaya, Rusiya Elmlər Akademiyası Dövlət və Hüquq İnstitutunun direktoru, REA-nın müxbir üzvü A.N.Savenkov, RF Baş prokurorunun müavini P.P.Qorodov, Sankt-Peterburq Dövlət Universitetinin rektoru, REA-nın müxbir üzvü N.M.Kropaçev, RF Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquqşünaslıq İnstitutunun direktoru T.Y. Xabriyeva, Rusiya Federasiyası Prokurorluq İnstitutunun direktoru İ.M.Matskeviç, eyni zamanda RF-nin digər tanınmış hüquqşünas alimləri və azərbaycanlı tələbələr iştirak edib.