Vaşinqton Rusiyanın İrana ABŞ hərbi bazalarına hücum etməsində dəstəyinə baxmayaraq, Rusiya neftinə qarşı sanksiyaları yüngülləşdirib və bu, Prezident Donald Trampın səhvidir. Bununla belə, sanksiyaların yumşaldılması uzun sürməyəcək.
Bakupost.az xəbər verir ki, bunu respublikaçı konqresmen Maykl Makkol deyib.
Siyasətçi xatırladıb ki, Rusiya Amerikanın düşmənlərinə kömək edir:
"Rusiya bizim hərbi hədəflərimizə hücum etmək və amerikalıları məhv etmək üçün İrana hərbi kəşfiyyat məlumatı verib. Düşünmürəm ki, onlar sanksiyaları ləğv etməklə mükafatlandırılmalıdırlar".
Konqresmen qeyd edib ki, prezident benzinin qiymətini aşağı salmaq üçün müəyyən addımlar atır, amma güzəştlər yenə də yüksəkdir.
Qeyd edək ki, ABŞ Hörmüz boğazının bağlanması səbəbindən neft qiymətlərinin qalxmasının qarşısını almaq üçün Rusiya neftinə sanksiyaları 30 günlük yumşaldıb.