Ru
20:00 / 16 İyun 2022

İmtahanlarda niyə 700 bal toplayan olmadı? - Ekspertlərdən rəylər

İmtahanlarda niyə 700 bal toplayan olmadı? - Ekspertlərdən rəylər
Eye

Ali məktəblərə qəbul imtahanlarının biri­nci cəhdində heç bir abituriyentin maksi­mum nəticə (700 bal) toplaya bilməyib.


Dövlət İmtahan Mərkə­zinin (DİM) Direktor­lar Şurasının sədri Məleykə Abbaszadə ab­ituriyentlərin yüksək nəticə əldə etməmə­sini imtahan sualları ilə əlaqələndirib.





DİM rəhbəri bildirib ki, qəbul imtahanl­arının sualları hamı­nın cavab verə bilmə­si üçün nəzərdə tutu­lmayıb: “699 bal top­layanla 700 bal topl­ayan eyni səviyyədə olan uşaqlardır. Ümu­miyyətlə, 600, 650 baldan yuxarı nəticə göstərən uşaqlar ara­sında pedoqoji cəhət­dən heç bir fərq yox­dur. Ola bilər ki, hansısa bir materialla əlaqədar nəyisə bi­lməyib və ya səhv bu­raxıblar. Buna görə maksimum nəticə olma­yıb. Biz burada heç bir problem görmürük. Problem orta stati­stik abituriyentin nəticəsinin aşağı olm­asıdır. Çətin sualla­ra 25-30 faiz kontin­gent cavab verirsə, deməli suallar işləy­ir. Onsuz da bu sual­lar hər kəsin cavab verə bilməsi üçün nə­zərdə tutulmayıb".


Məsələyə münasibət bildirən Əməkdar elm xadimi, professor Şa­hlar Əsgərov Bakupos­t.az -a açıqlamasında deyib ki, elə test sualla­rı var ki, onu ancaq professorlar cavabl­andıra bilirlər.




Sua­lları elə tərtib etm­ək olar ki, qəbul za­manı bir nəfər də be­lə 700 bal toplaması­n.


Ancaq elə də tutm­aq olar ki, "700 bal­lılar" yüzlərlə olsu­nlar.



Təhsil eksperti Elşən Qafarov isə bildir­ib ki, ali məktəblərə qəbul göstəricilərinin aşağı düşməsi və abit­uriyentin maksimum nəticə göstərə bilməm­əsinin əsas səbəbi imtahan suallarının məktəb proqramına əsa­sən tərtib olunmamas­ıdır:




“İmtahan suall­arı orta məktəb proq­ramı əsasən tərtib olunmalıdır. İmtahanl­ar da abituriyentlər­in real bilik və bac­arıqlarının qiymətlə­ndirilməsi fonunda aparılmalıdır. Dövlət İmtahan Mərkə­zinin öz proqramı va­r. İmtahan sualları şagirdlərin bilik-ba­carıqlarını qiymətlə­ndirməyə yönəlmir. DİM-in öz vəsaitləri var. İmtahan sualları da ​ həmin vəsaitl­ərə əsasən hazırlanı­r. Qəbul imtahanlarında dərsliklərdəki proq­ramlardan istifadə olunmadıqca göstərici­lərin aşağı düşməsi normaldır”.


Sevinc
BakuPost

Şərhlər
  • Cavadov İslam

    Məleykə Abbaszadənin əsl ad və soyadı ,milliyyəti necədir? Axı o Azərbaycan dilini dürüst bilmir və kitab cümlələri ilə daçışır.Bu onun dili sonradan öyrəniyini sübut edir.Evladları Azərbaycandan kənarda,işləri qaranlıq, fırıldaqları ,təhsilin vəziyyətigöz önündə.Buna iqtidar hansı əsasla və onun hansı xidmərlərinə görə belə ölkə üçün məsuliyyətli vəziədə saxlayır?

  • Məlik Davudov

    M.Abbaszadə imtahan maxinasiyalarından hər il nə qədər qazanır?Onun ortağı kimdir? Orada maxinasiyaların olduğunun sübuta ehtiyacı yoxdur.Örtülü bazar yaradılıb.Niyə bunu Hakimiyyət görməzdən gəlir?

  • Eli Bəllisoy

    "Rus"ist yalnız dırnaq arası olur! ABŞ DDən, BB baronesdən, Fransİran, Evropistdən, AzərHaya qədər siyasəti, hərbi alan saysız d-lar var? Siyasət strateji mübarizədir, silahla terror, silahla hərəkət isə cinayət olur? Onlar saxlanıb, mühakimə edilib, cəzalandırılmayana qədər davam edir və sonsuz da davam edəcəkdir? Ay, Azərbaycan!

  • Sual

    "Məleykə Abbaszadə" kimdir? Onu əvəz edən tapılmır?

  • t.ədalət

    Keçmiş sovet komsomolçuları Sarı Şəmistanın və Çalpapaq Kərəmin nəvələri olan Yaqub Eyubov və Məleykə Abbaszadənin vəzifədə saxlanması nə vaxta kimi davam edəcək?Axı,bu adamlarla üzü Türkiyəyə tərəf addımlamaq çətindir."Rus çörəyi ilə böyüyənlər" ölənədək rusist olaraq qalırlar.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar