Ru
11:13 / 15 Mart 2023

İmtahanların ləğvi müsbət qərardır, amma... - Ekspertdən irad

12755
Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrində dövlət imtahanı ləğv edilib.

Elm və Təhsil naziri Emin Əmrullayev deyib ki, dövlət imtahanının ləğvi ilə bağlı qanun 2020-ci ildə təsdiq olunub. Bu qanuna əsasən, 2020-ci ildə və ondan sonra qəbul olunanlar dövlət imtahanı verməyəcəklər.



Bu dəyişikliyi şərh edən millət vəkili Etibar Əliyev Bakupost.az -a açıqlamasında deyib ki, dövlət imtahanı sovet dövründən qalma qayda idi:

“Bu imtahanlar çoxdan ləğv olunmalı idi. Tətbiq olunan Bolonya sisteminin qaydalarına əsasən, bakalavr pilləsini bitirmək üçün tələbə 240 kredit toplamalıdır. Bunu 4 ildə ona tədris olunan fənnlərdən toplayır, burada dövlət imtahanı nəzərə alınmır. Bu səbəbdən dövlət imtahanı ləğv olundu. Hesab edirəm ki, imtahan nə qədər az olarsa, biz tələbələri o qədər stressdən qorumuş olarıq. Tələbələri imtahanla yükləmək, sıxmaq olmaz”.


Millət vəkili qeyd edib ki, dövlət imtahanının adı tələbələr arasında böyük həyəcana səbəb olurdu. Onlar bu imtahana çox vaxt sərf edirdilər:


“Mən bu qərarı dəstəkləyirəm. Dövlət imtahanı haqlı olaraq ləğv olunub. Tələbə hər bir ixtisas fənni üzrə seminar, sessiya imtahanlarinda öz biliyini göstərir. Bunun təkrar olaraq dövlət imtahanında yoxlanılması məqbul sayıla bilməz. Daha yaxşı olar ki, müəllimlər imtahan prosesinə çox aludə olmasınlar. Tələbənin gündəlik dərs zamanı bilik və bacarıqlarını orataya çıxarsınlar".

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər