Ru
14:04 / 30 May 2025

İnsana ilk süni ürək qoyuldu - VİDEO

İnsana ilk süni ürək qoyuldu - VİDEO
Eye

İsraildə ilk uğurlu süni ürək transplantasiyası əməliyyatı uğurla həyata keçirilib. Qüdsün Hadassah Ein Kerem xəstəxanasında tarixi əməliyyat keçirilib və 63 yaşlı xəstənin həyatını xilas edib.

Bakupost.az xəbər verir ki, yeddi saat davam edən əməliyyat bu həftə baş kardioloq və Hadassah Ürək İnstitutunun direktoru professor Ofer Əmirin rəhbərlik etdiyi kardiocərrahlar qrupu tərəfindən həyata keçirilib. Prosedur zamanı xəstənin ürəyi tamamilə çıxarılıb və yerinə süni orqan qoyulub.

İmplantasiya edilmiş ürək heyvan toxuması ilə birləşdirilən titandan hazırlanıb və qabaqcıl sensorlarla təchiz edilib. Bu yüksək texnologiyalı cihaz ənənəvi transplantasiyanın qeyri-mümkün olduğu hallarda orqanizmə həyati funksiyalarını saxlamağa imkan verir.

Əməliyyat olduqca nadir tibbi nailiyyət ihesab edilir.
Süni ürəyin qiyməti 1,6 milyon şekeldir (təxminən 455 min dollar), xəstənin xərclərini Clalit Health Services Fondu ödəyib.

Əməliyyatın uğurla başa çatması İsraildə ürək cərrahiyyəsinin yüksək inkişaf səviyyəsini nümayiş etdirir və ağır ürək xəstəlikləri olan xəstələr üçün yeni imkanlar açır.


Ayxan,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar