Ru
13:50 / 04 İyun 2024

"İntihar kiçik nüansların böyük fəsadıdır" - Psixoloq

1288
“İntihar həddinə gəlib çatmaq insan təfəküründə özü-özündən xilas olmaq, özü-özünü məhv etmək instinktidir, duyğusudur. İntihar əslində çox fərqinə varmadığımız, bəzən evdə yaxınlarımızın, dostların fərqinə varmadığı kiçik nüansların böyük fəsadlarıdır”.


Bunu Bakupost.az -a açıqlamasında psixoloq Murad İsayev intihar hadisələri haqda danışarkən deyib.

Onun sözlərinə görə, insan həyatındakı düzənsizlik sonda bu cür arzuolunmaz hallara gətirib çıxarır:

“Əsasən 10-11-ci sinif şagirdləri, universitetin birinci kursunda oxuyan tələblər risk qrupuna aiddirlər. Həyatda bizi yaşadan mənəvi dəyərlərimiz, duyğularımız, inanclarımız, sevgimiz və motivasiya aldığımız duyğulardır. Bunlar bu ərəfə elə bil ki, sovrulur. Yanlış qidalanma, yuxu rejiminin pozulması kimi hallar damcı-damcı yığılıb intihara qədər gətirib çıxarır.

Mən universitetdə dərs deyəndə müşahidə etmişdim ki, birinci kursda olan uşaqların çoxu birinci smestrə beyin yorğunluğu ilə daxil olurdu. Onlar həyatdan, ətrafdan heç bir mənəvi həzz ala bilmirlər. Ona görə ki, o gənclərin içində qaçmaq, oynamaq, əylənmək, mübarizə aparmaq kimi istəklər, ən başlıcası ictimai aktivlik olmur.

Onu da nəzərə alaq ki, bu dönəm hormonal, fiziki inkişaf dönəmidir. Bədən inkişaf edir, ancaq bu dövrdə biz ona lazım olan resursları, fiziki aktivliyi vermirik, o şəraiti yaratmırıq. Ona görə də gəncləri sosial və fiziki aktivliyə təşviq etmək lazımdır.

Bununla bağlı Elm və Təhsil Nazirliyi də addımlar atmalaıdır. Gənclərimizin sosial aktivliyi üçün addımlar atılmalıdır".

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər