Ru
16:17 / 28 Mart 2023

iPhone 15 sim kartsız işləyəcək - Apple-dan yenilik

iPhone 15 sim kartsız işləyəcək -  Apple-dan yenilik
Eye

Apple-ın SİM kartı olmayan iPhone 15 modellərini Fransada satmağı planlaşdırdığı iddia edilib.

Bakupost.az xəbər verir ki, iPhone 15 modellərində eSİM texnologiyasından istifadə ediləcək və fiziki SİM kart yuvaları çıxarılacaq.

eSİM texnologiyası ilə əlavə SİM kart almağa ehtiyac olmayacaq.

İstifadəçilər eSIM texnologiyası ilə birdən çox operatordan istifadə edə və operatorlar arasında keçid edə biləcək.
Cihaza daxil edilmiş rəqəmsal eSIM-lər dəyişdirilə və ya silinə bilməz.

Bu qərar digər Avropa ölkələrini də əhatə edə bilər.

Bununla belə, bəzi ölkələrdə eSIM texnologiyasından hələ də aktiv şəkildə istifadə edilməməsi Apple-ın həll etməli olduğu ən böyük problemlərdən biridir.

Digər tərəfdən, Apple hazırda bazarda olan yeni iPhone modellərində və smart saatlarında e-SIM texnologiyasından istifadə edir.




Aynur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar