Ru
12:38 / 22 İyun 2025

İran BAEA-dan tələb etdi: Rəhbərlər Şurası təcili toplansın!

İran BAEA-dan tələb etdi: Rəhbərlər Şurası təcili toplansın!
Eye

ABŞ-nin İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra rəsmi Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurasının təcili iclasını çağırıb.

Bakupost.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Bu gün müharibə edən tərəflərin xeyrinə açıq qərəzli mövqe nümayiş etdirən və bununla da fəlakətə səbəb olan BAEA və şəxsən baş direktor Rafael Qrossinin məsuliyyəti həmişəkindən daha aydındır.

Biz Agentliyin Rəhbərlər Şurasını növbədənkənar iclas keçirməyə və ABŞ-nin İranın nəzarəti altında olan nüvə obyektlərinə təhlükəli hücumu ilə bağlı qanuni öhdəliklərini yerinə yetirməyə çağırırıq", - deyə məlumatda vurğulanır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar