İran ölkənin şimalında və cənubunda iki atom elektrik stansiyasının (AES) tikintisi üçün əraziləri hazırlayıb.
Bakupost.az IRNA-ya istinadla xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami bildirib.
"Yeddinci proqramın sonuna qədər (beşillik, 2024-cü ilin martı – 2029-cu ilin martı) İranda atom enerjisi gücü 3 min meqavata çatacaq, ölkənin cənubunda və şimalında iki elektrik stansiyasının tikintisi üçün ərazilər hazırlanıb", - o bildirib.
Hazırda İranda yalnız Buşehr şəhərində Rusiyanın köməyi ilə tikilən bir AES fəaliyyət göstərir. Atom stansiyasının birinci bloku 2011-ci ilin sentyabrında İranın milli enerji sisteminə qoşulub.