Ru
12:37 / 26 Oktyabr 2024

İran İsrail ordusunun hücumuna cavab verməyəcək

İran İsrail ordusunun hücumuna cavab verməyəcək
Eye

Tehran üçüncü ölkə vasitəsilə İsraili xəbərdar edərək İran ərazisinə edilən hücuma cavab verməyəcəyini bildirib.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalındakı mənbə məlumat verib.

Qeyd edək ki, İsrail Müdafiə Ordusu oktyabrın 26-da İranın hərbi obyektlərinə zərbələr endirdiyini bildirib. Oktyabrın 1-də İran HƏMAS hərəkatı, Livanın "Hizbullah" təşkilatı və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Silahlı Qüvvələrin elit hissələri) rəhbərliyindəki şəxslərin öldürülməsinə cavab olaraq İsrail ərazisinə kütləvi raket zərbəsi endirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar