Ru
10:23 / 23 İyun 2025

İran İsrail PUA-sını belə vurdu – VİDEO

İran İsrail PUA-sını belə vurdu – VİDEO
Eye

Bu səhər İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hava hücumundan müdafiə qüvvələri İsrailə məxsus Hermes tipli pilotsuz uçuş aparatını zərərsizləşdirib.

Bakupost.az xəbər verir ki, hadisə İranın qərbində yerləşən Luristan vilayətinin Xürrəmabad şəhərində qeydə alınıb.

İran rəsmilərinin yaydığı məlumata görə, dron ölkənin hava məkanını pozduqdan sonra aşkar edilib və dərhal müdaxilə olunub. SEPAH-ın açıqlamasında bildirilir ki, pilotsuz aparat əraziyə kəşfiyyat məqsədilə daxil olub və yüksək dəqiqlikli zenit sistemləri vasitəsilə vurulub.

Qeyd edək ki, Hermes pilotsuz uçuş aparatları İsrail istehsalıdır və əsasən hərbi kəşfiyyat və müşahidə əməliyyatlarında istifadə olunur.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar