Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məhərrəm ayının başlaması ilə bağlı fətva verib.
Bakupst.az xəbər verir ki, QMİ-nin Qazılar Şurası və səlahiyyətli nümayəndələri bu barədə məlumat yayıb.
Nəzərə çatdırılıb ki, Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə, hicri-qəməri təqvimi ilə 1446-cı il başa çatır, yeni 1447-ci ilin başlanğıcının - məhərrəm ayının 1-inin miladi təqvimlə 2025-ci il iyunun 26-na təsadüf etməsi gözlənilir. Məhərrəm ayının 10-cu günü, yəni Aşurə günü isə iyulun 5-ə təsadüf edəcək.